Terrorçular “CNN” -in Ukraynadakı müxbirini oğurlayıb
25 iyul 2014 00:31 (UTC +04:00)

Terrorçular “CNN” -in Ukraynadakı müxbirini oğurlayıb

0

“CNN”  bildirib ki, onun ukraynalı jurnalisti bu həftə rusiyayönlü terrorçular tərəfindən oğurlanıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, teleşirkətonun sərbəst buraxılmaslı ilə bağlı terrorçulara müraciət edib.
 

 

“CNN” bildirib ki, müxbir Anton Skibanı iyulun 22-də Donetskdə  yaraqlılar oğurlayıb, ancaq quruç indiyə kimi əməkdaşının oğurlanması barədə məlumat yağmayaraq,  müxbirinin  azad olunmasına çalışırdı.

 

Əməkdaşının azad edilməsi ilə bağlı səyləri nəticə vermədiyindən jurnalistin azad olunmasını tələb etməyə başlayıb.

 

 

Mənbə xatırladıb ki, Skiba CNN –də ştatdankənar müxbir işləyir və Ukrayna münaqişəsini işıqlandırır.   

 

Nyu -Yorkda qərarlaşan jurnalistləri müdafiə komitəsinin məlumatına görə, Skiba həmin ərazidə oğurlanan ən azı 2 jurnalistdən biridir. O biri  jurnalistlərdən xəbər yoxdur.

 

Komitə münaqişə tərəflərini tutulan bütün jurnalistləri dərhal azad etməyə çağırır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar