Terrorçu-kamikadzenin atası və qardaşı saxlanıldı
15 noyabr 2015 07:30 (UTC +04:00)

Terrorçu-kamikadzenin atası və qardaşı saxlanıldı

Fransa polisi Parisdə “Bataklan” konsert zalına hücum edən terrorçu-kamikadzelərdən birinin atasını və qardaşını saxlayıb. APA-nın “TASS” istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.  

 

Saxlanılan şəxslərin hər ikisi müvəqqəti olaraq istintaq təcridxanasına yerləşdiriliblər. Polis saxlanılanların evinə baxış keçirir.

 

Məlumata görə, söhbət şəxsiyyəti dəqiq müəyyənləşdirilmiş ilk terrorçunun qohumlarından gedir.  Parisin prokuroru Fransua Molens  həmin şəxsin fransız, Fransanın Kurkuronn şəhərinin sakini olduğunu.

 

Prokurorun sözlərinə görə 1985-ci il təvəllüdlü olan həmin şəxs dəfələrlə müxtəlif xırda cinayətlərə görə polis tərəfindən saxlanılıb lakin bir dəfə də olsun həbs cəzasına məhkum olunmayıb. Onun həmçinin indiyədək radikal dini qruplarla əlaqəsi qeydə alınmayıb.

 

# 193
avatar

Oxşar yazılar