İraqda hərbi obyektlərin yaxınlığında iki avtomobilin partladılması nəticəsində azı 21 hərbçi həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq ordusunun nümayəndəsi bildirib.
Məlumata görə, terrorçu-kamikadzelər tərəfindən idarə olunan iki avtomobil Əl Faluca şəhərinin yaxınlığında hərbçilərin blok-postlarına çırpılıb.
Partlayışlar nəticəsində İraq ordusunun və könüllülər dəstəsinin döyüşçüləri həlak olub, 24 nəfər yaralanıb.
Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
İyulun 22-də Əl Faluca şəhərinin yaxınlığında törədilən analoji terror aktları nəticəsində 22 hərbçi həlak olmuşdu.