Tələbələri daşıyan avtobus aşdı: 30 yaralı
24 sentyabr 2015 05:04 (UTC +04:00)

Tələbələri daşıyan avtobus aşdı: 30 yaralı

Meksikanın Miçoakan ştatında baş verən yol qəzası nəticəsində azı 30 tələbə xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, sərnişin avtobusu Urupan və Karapan şəhərlərini birləşdirən yolda aşıb.

 

İlkin versiyaya əsasən, qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub. Bunun nəticəsində sürücü idarəetməni itirib və avtobus sıldırımdan aşağı yuvarlanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan 5-in vəziyyəti ağır kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar