Tehrandan Moskvaya nüvə əməkdaşlığı təklifi
31 may 2015 00:48 (UTC +04:00)

Tehrandan Moskvaya nüvə əməkdaşlığı təklifi

0

İranın Nüvə Energetikası Agentliyinin nümayəndələri Rusiyanın “Rosatom” dövlət korporasiyasının nümayəndələrini uranın tədarükü ilə bağlı müzakirələr aparmağa çağırıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə  İran nümayəndəliyinin üzvü bildirilib.  

 

Onun sözlərinə görə, İran tərəfi Rusiyanı əməkdaşlığa Vyanada əvvəlki danışıqlar raundu zamanı dəvət edib.

 

“İranın Nüvə Energetikası Agentliyinin nümayəndələri bizim rusiyalı həmkarlarımız ilə  Vyanada əvvəlki danışıqlar raundu zamanı görüşüblər. Onlar Rusiya Nüvə Agentliyindəki həmkarlarımızı gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün İrana dəvət ediblər. Qoy  gəlsinlər, niyə də yox”, deyə o bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar