Tehranda siyasi məhbusların ailə üzvləri prezident sarayının qarşısında etiraz aksiyası keçirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar bildirib ki, ötən həftə məhbus qohumları həbsxana məmurları tərəfindən döyülərək, ağır işgəncəyə məruz qalıblar.
Ölkə prezidenti Həsən Ruhaninin administrasiyası etirazçıların bir neçə təmsilçisini qəbul edərək, məhbuslarla bağlı problemləri rəsmi səviyyədə həll edəcəklərini boyun olublar.
İran parlamentinin bir neçə deputatı da həbsxanada məhbusların döyülməsi faktının araşdırılmasını tələb ediblər.