Tehranda kütləvi etiraz aksiyası keçirilib
20 fevral 2015 02:32 (UTC +04:00)

Tehranda kütləvi etiraz aksiyası keçirilib

Fevralın 19-da İsveçrənin Tehrandakı səfirliyinin qarşısında kütləvi aksiya keçirilib.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları ABŞ-da qətlə yetirilən üç müsəlmanın qatilinin tapılmasını və islamofobiyaya son qoyulmasını tələb ediblər.

 

Bəzi aksiya iştirakçıları səfirliyə daxil olmağa çalışsalar da polis onların qarşısını alıb.

 

Xatırladaq ki, ABŞ-ın İranda səfirliyi olmadığı üçün bəzi danışıqlar və diplomatik yazışmalar İsveçrə səfirliyi vasitəsilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar