Tehran Netanyahuya cavab verdi
04 mart 2015 07:32 (UTC +04:00)

Tehran Netanyahuya cavab verdi

İran XİN İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki nitqini pisləyərək, onun İran nüvə proqramına dair yalan yaydığını qeyd edib.     

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Netanyahu ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı İran hakimiyyətinin radikal olduğunu və dünya ictimaiyyəti üçün ciddi təhlükə yaratdığını bildirib.   

 

İran XİN mətbuat xidmətinin rəhbəri Mərziyə Əfham Netanyahunun nitqinin çox “darıxdırıcı” olduğunu və onun İranın dinc nüvə proqramının məqsədlərinə dair  yalan yaymaqda davam etdiyini qeyd edib.  

 

Mərziyə Əfham İsrailin baş nazirinin nitqinin hiyləgər bir şou olduğunu bildirərək,  bunun Netanyahunun  seçkiqabağı kampaniyasının tərkib hissəsi təşkil etdiyini qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Oxşar yazılar