Tehran: Suriya müxalifətinin konfransında terrorçular iştirak edir
11 dekabr 2015 00:26 (UTC +04:00)

Tehran: Suriya müxalifətinin konfransında terrorçular iştirak edir

Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyadda keçirilən Suriya müxalifətinin konfransında İŞİD-lə əlaqəli bəzi terror qruplaşmasının nümayəndələri iştirak edirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbərinin müavini Hüseyn Əmir Abdullahiyan bildirib.

 

Nazir müavini İranın bu konfransı dəstəkləmədiyini bildirərək, onun Suriya böhranı üzrə “Vyana-2” konfransının nəticələrinə zidd olduğunu qeyd edib.     

 

“Özünü mötədil müxalifət hesab edən terrorçulara Suriyanın və regionun taleyini həll etməyə heç vaxt icazə verilməyəcək”, deyə XİN nümayəndəsi qeyd edib.   

 

Əmir Abdullahiyan qeyd edib ki, ölkənin taleyini yalnız Suriya xalqı müəyyən etməlidir.

 

Qeyd edək ki,  Ər Riyadda keçirilən Suriya müxalifətinin konfransında hökumət ilə danışıqlarda iştirak edəcək nümayəndə heyətini müəyyən ediləcək.

 

Vyanada noyabrın 14-də Suriyaya dair keçirilmiş beynəlxalq görüşdə müxalifət-hökumət danışıqlarının gələn ilin yanvarın 1-dən gec olmayaraq təşkil edilməsi qərara alınıb. Suriya müxalifəti və hökuməti altı ay ərzində milli birlik hökumətinin formalaşdırılmasına dair razılığa gəlməli, 18 ay ərzində isə ölkədə yeni konstitusiyaya dair səsvermə keçirilməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Oxşar yazılar