Güney Azərbaycan türklərinin milli haqlarının təmini uğrunda mübarizə aparan 10 ictimai fəal tutulub.
Lent.az-ın “Oyannews”-a istinadən məlumatına görə, ETTELAAT-ın Urmiya şöbəsinin əməkdaşları onları iyunun 9-da həbs edib. Tutulanların Güney Azərbaycanın Urmiya şəhərinin “9 pillə” zindanında saxlandığı bildirilib.
Həbs edilənlər bunlardır: Nima Həsəni, Məhəmməd Məhəmmədi, Əta Kərimi, Milad Muxtari, Ruhulla Məzahiripur, Əmir İbrahimlu, Yasin Hacızadə, Ehsan Bədrmilad, Yasər Əkbəri və Mustafa Haşimi.
Tutulanlara qarşı konkret ittihamlar açıqlanmayığb. Onların kütləvi həbsi Urmiya gölünün qurumasına qarşı nəzərdə tutulmuş etiraz aksiyaları ilə əlaqələndirilir.
Xatırladaq ki, bir qrup Güney Azərbaycan türkü bəyanat yayaraq, İran prezidenti Həsən Ruhanini Urmiya gölünün qurumasının qarşısının alınacağı vədini yerinə yetirməməkdə qınayaraq, .əhalini iyunun 10-da etiraz aksiyaları keçirməyə çağırmışdı.