Təbrizdəki universitetdə panfarsçılara qarşı etiraz aksiyası keçirilib 
22 may 2014 23:24 (UTC +04:00)

Təbrizdəki universitetdə panfarsçılara qarşı etiraz aksiyası keçirilib 

Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Şəhid Mədəni Azərbaycan Universitetində etiraz aksiyası keçirilib.

 

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, buna səbəb həmin ali təhsil müəssisəsinin islami cameəsinin “Tribun” dərgisində “Babək Xürrəmdin - saxta qəhrəman”, “Səttarxan və pantürkist”, “Pantürkizm və geylər”, “Pantürkist və sionizm” kimi təhqiramiz yazıların dərc edilməsidir.

 

Bu cür məqalələrin 2006-cı il 22 may hadisələrinin 8-ci ildönümü ərəfəsində dərc edilməsi təsadüfi xarakter daşımır. Ona görə də tələbələr Azərbaycan xalqı və onun qəhrəmanlarının təhqir edilməsinə etiraz olaraq universitetdə toplaşıblar, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” kimi milli şüarlar səsləndirib, “Tribun” dərgisinin bağlanmasını tələb ediblər. Həmin dərginin təsisçisi Arif Cəfəri, baş redaktoru isə Əmir İsrafilidir. Hətta “Tribun”da  Azərbaycan tarixindən və mədəniyyətindən yazan “Gözənək” və “Ulduz”, həmçinin “Fərhəng” kimi tələbə dərgilərinin əleyhinə də bəyanatlar yayılıb.

 

Qeyd edək ki, 2006-cı il mayında “İran” adlanan rəsmi qəzetdə azərbaycanlıların hamam böcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olub. İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Sulduz və digər şəhərlərində keçirilən aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməkdən belə çəkinməyiblər. Nəticədə onlarla nümayişçi həlak olub, minlərlə insan həbs edilib.

Nazir: “İranda orta hesabla hər gün 9 nəfər narkotikdən ölür”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar