Rusiyanın “Qazprom” şirkətinin başçısı Aleksey Miller bildirib ki, bu il iyunun 3-dək Ukrayna təbii qaza olan borcunu ödəməzsə, o zaman bu ölkəyə “mavi yanacaq” ixracı dayandırılacaq.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Rusiyanın baş naziri Dmitri Medvev A.Millerlə görüşdə mayın 13-də Ukraynaya qaz pulunun ödənişi ilə bağlı xəbərdarlıq bildirişi göndərilməsini tələb edib.
Xatırladaq ki, Ukraynanın energetika naziri Yuri Prodan isə ötən həftə bildirmişdi ki, ölkəsi yeni, artırılmış qiymətlə “Qazprom”-a ödəniş etməyəcək.