İyunun 14-də Kiyevdə Rusiyanın Ukraynaya satdığı təbii qazın qiyməti ilə bağlı üçtərəfli, Moskva-Kiyev –Avropa Birliyi, danışıq başa çatıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Ukraynanın energetika naziri Yuri Prodan görüşün nəticəsinə dair açıqlama verib: “Bu gün tərəflər öz təklifini irəli sürdü. Heç bir qərar qəbul edilmədi. Ona görə də Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Ettinger təklifi ilə bağlı səhər (iyunun 15-də –red.) danışıqlar davam etdirməyi planlaşdırmışıq ” .