Tayvanda zəlzələ nəticəsində 17 mərtəbəli bina uçdu
06 fevral 2016 03:26 (UTC +04:00)

Tayvanda zəlzələ nəticəsində 17 mərtəbəli bina uçdu

0

Tayvanın Taynan şəhərində baş vermiş zəlzələ nəticəsində 17 mərtəbəli bina uçub.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda dağıntılar altından 123 nəfər çıxarılıb.

 

Yaşayış binasında 240 nəfərin yaşadığı bildirilir. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

 

Qeyd edək ki, bu gün Tayvanda 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Qaosyün şəhərindən 42 km şimal-şərqdə, ocağı isə 17 km dərinlikdə yerləşib. Əvvəl zəlzələnin 6,4 bal gücündə olduğu bildirilirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar