Tayvanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 31-ə çatıb.
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, xilasedicilər artıq təyyarənin “qara qutu”larını aşkar ediblər.
Xatırladaq ki, Tayvanın paytaxtı Taybey şəhəri yaxınlığında “TransAsia” aviaşirkətinə məxsus ATR 72-600 təyyarəsi qəzaya uğrayıb. Göyərtəsində 58 nəfərin olduğu təyyarə çaya düşüb. Onlardan 31 nəfərin Çin vətəndaşı olduğu bildirilir.