Taylanda turistlər xüsusi qolbaqda gəzəcəklər
01 oktyabr 2014 03:37 (UTC +04:00)

Taylanda turistlər xüsusi qolbaqda gəzəcəklər

0
Tailand hökuməti kurortlarda təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə turistlər üçün identifikasiya nömrəli xüsusi bilərzik sisteminin tətbiqi imkanını müzakirə edir. Lent.az-ın ictnews-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ölkənin turizm və idman naziri Kobkarn Vattanavranqkul bildirib.   
 
"Seriya nömrəsini və turistin harada yerləşməsi haqqında informasiyanı özündə saxlayan qolbaq hoteldə yerləşmə zamanı verilə bilər", - nazir qeyd edib. Onun sözlərinə görə, sistem yolunu azan və ya dara düşən səyahətçiləri tez axtarıb tapmağa kömək edəcək. K. Vattanavranqkul onu da əlavə edib ki, nazirlikdə turistlərin yerini müəyyənləşdirmək üçün xüsusi elektron qurğuların tətbiqi də müzakirə mövzusudur.  
 
Tailand kurortlarında təhlükəsizlik problemi ölkə hakimiyyətini Tao adasında Britaniyadan olan iki gəncin amansızcasına qətlə yetirilməsindən sonra narahat etməyə başlayıb. Cinayətin araşdırılması Tailand baş naziri Prayut Çan-Oçanın nəzarəti altındadır. Bundan başqa, faciədən sonra hakimiyyət dekabrın sonunadək ölkənin turistlər üçün daha çox cəlbedici olan rayonlarında müşahidə kameralarının quraşdırılması ilə bağlı göstəriş verib, - "İTAR-TASS " yazır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 855

Oxşar yazılar