"Kazan morqunda iki azərbaycanlının meyiti var" - <span style="color:red;">YENİLƏNİB
13 mart 2015 17:59 (UTC +04:00)

"Kazan morqunda iki azərbaycanlının meyiti var" - YENİLƏNİB

 

Kazanda “Admiral” ticarət mərkəzində yanğın zamanı ağır yaralanan Azərbaycan vətəndaşlarından birinin şəxsiyyəti müəyyən olunub.


 

Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, bu, əslən Masallı rayonundan olan Tağıyev Salam Bəxtiyar oğludur.

 

S. Tağıyevin hər iki ayağı sınıb, hazırda o, 7 saylı Kazan şəhər xəstəxanasındadır. Həmyerlimiz ticarət mərkəzində ticarətlə məşğul olurmuş.

 

Z. Qasımov onu da deyib ki, ticarət mərkəzində ölənlər arasında azərbaycanlıların sayının daha çox olduğu bildirilir və hazırda onların adlarının müəyyənləşdirilməsinə çalışılır: “Bizdə olan son məlumata görə, şəhər morqunda biri azyaşlı olmaqla, iki azərbaycanlının meyiti var. Aidiyyəti orqanların məlumatları məxfi saxlamasına çalışmalarına baxmayaraq, biz onların adlarının dəqiqləşdirilməsinə çalışırıq”.

 

 

***
 
 
17:40
 
 
Kazanda “Admiral” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb.
 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin deyib.

 

 

O əlavə edib ki, hazırda 17 nəfər itkin düşmüş hesab olunur. 
 
 
14:47
 
 
Kazanda “Admiral” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb.
 
 
 
 
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin məlumat verib.
 
 
 
Rusiya FHN-nin Volqayanı regional mərkəzinin rəisi İqor Panşin isə bildirib ki, dağıntılar altında 25 nəfər qala bilər.
 
 
 
Hadisə zamanı Tatarıstan FHN-nin Baş İdarəsinin podpolkovniki ölüb. Onun adı açıqlanmır.
 
 
 
Xatırladaq ki, Kazandakı ticarət mərkəzində yanğın zamanı 3 azərbaycanlı ölüb, onlardan birinin şəxsiyyəti məlum olub. Bu, Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğludur. Digər iki nəfərin şəxsiyyəti isə hələlik məlum deyil. Təkcə o müəyyən edilib ki, onlar Gürcüstan əsilli azərbaycanlılardır. 
 
 
 
 
***
 
 
12:20
 
Kazanda “Admiral” ticarət mərkəzində baş verən yanğın zamanı 3 azərbaycanlı ölüb.

 

Bunu APA-nın Moskva müxbirinə Ümumrusiya Azərbaycan Konqresinin Tatarıstan Respublikası üzrə Regional bölməsinin sədri Ziyafət Qasımov deyib.

 

Onların şəxsiyyətinin hələlik məlum olmadığını deyən Z. Qasımovun sözlərinə görə, ölənlərdən ikisinin Gürcüstan əsilli azərbaycanlılar - ər-arvad olduğu açıqlanıb. Digər şəxs isə Azərbaycan vətəndaşı, Gədəbəy rayon sakini olan 17 yaşlı oğlandır. Onun Kazanda çalışan atasının yanına getdiyi bildirilir. Yanğın zamanı ata ticarət mərkəzindən çıxa bilsə də, oğlu orada yanaraq ölüb.

 

Z. Qasımov onu da deyib ki, dağıntılar altında 25 nəfərin qaldığı güman olunur. 

***

 

Rusiyanın Kazan şəhərində “Admiral” ticarət mərkəzində baş verən güclü yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da olub. Lent.az-ın məlumatına görə, bu barədə Trend “TASS” agentliyinə istinadən xəbər verib.

Məlumata görə, xəsarət alan 55 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.

Hələki ölən Azərbaycan vətəndaşının bir nəfər olduğu bildirilir.

Ölənlərin sayı 10 nəfərə çatıb, 25 nəfərin dağıntılar altında qaldığı güman edilir.

Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

***

Tatarıstan Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, yanğın zamanı ölən Azərbaycan vətəndaşlarının şəxsiyyəti müəyyənləşib. O, 1995-ci il təvəllüdlü Paşayev Pərviz Elman oğludur.

 

***

Rusiyanın Kazan şəhərində güclü yanğın baş vermiş “Admiral” ticarət mərkəzində xilasetmə işləri zamanı aşkarlanan cəsədlərin sayı 10-a çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya  FHN-nin Tatarıstan üzrə Baş İdarəsinin saytında dərc edilmiş məlumatda bildirilib.  

 

“13.03.2015-ci il saat 05.00-a olan məlumata görə, ölənlərin sayı 10 nəfərdir... Bu gün 04.58-də şəxsiyyəti məlum olmayan daha bir kişi meyiti aşkarlanıb. Xilasedicilər hadisə yerində dağıntıların yığışdırılmasını davam etdirirlər”, deyə məlumatda bildirilir.    

 

 “Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Binadan 650 nəfər təxliyə olunub. Dağıntılar altında hələ də 25 nəfərədək insanın qaldığı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar