Türkiyənin keçmiş baş naziri Tansu Çillərin Kuşadasındakı bağ evindən bir miqdar nağd pul və zinət əşyasının oğurlandığı barədə xəbər yayılıb.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, keçmiş hökumət başçısının bağ evindən 4 min dolların oğurlandığı bildirilib.
Məlumata əsasən, oğurluq zaman evdə heç kim olmayıb.
Olayla bağlı araşdırma başlanılıb.
Məlumatda bildirilib ki, həmin bölgədə daha üç bağ evində oğurluq hadisəsi qeydə alınıb.