Tanınmış siyasətçinin qətli ilə bağlı yeni açıqlama
19 yanvar 2016 07:49 (UTC +04:00)

Tanınmış siyasətçinin qətli ilə bağlı yeni açıqlama

Tanınmış siyasətçi Boris Nemtsovun qətlinin bir neçə sifarişçisi ola bilər.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsində bildiriblər.

 

Əvvəl İstintaq Komitəsi Ruslan Muhutdinovu Boris Nemtsovun qətlinin təşkilatçısı və sifarişçisi kimi müəyyən etmişdi. “Cinayət işinə dair materiallarda deyilmir ki, yalnız Ruslan Muhutdinov qətlin sifarişçisidir. Sadəcə qətlin digər sifarişçiləri hələ ki, müəyyən edilməyib”, deyə İstintaq Komitəsində qeyd ediblər.

 

Bundan əvvəl Boris Nemtsovun qızının vəkili Vadim Proxorov bildirmişdi ki, R. Muhutdinovun  cinayətin sifarişçisi elan edilməsi əsl cinayətkarları diqqətdən kənarda saxlayır.

 

Qeyd edək ki, Rusiyanın müxalifət liderlərindən biri Boris Nemtsov ötən il, fevralın 28-də Moskvada qətlə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar