Tanınmış iş adamı Ukraynanın prezidenti olmaq istəyir
29 mart 2014 01:12 (UTC +04:00)

Tanınmış iş adamı Ukraynanın prezidenti olmaq istəyir

0

Ukrayna parlamentinin deputatı, tanınmış iş adamı Pyotr Poroşenko prezident postu uğrunda mübarizəyə qatılacaq.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda o, Vinnitsı sakinləri ilə görüşdə bildirib.

 

«Sabah Mərkəzi Seçki Komissiyasına gedib, Ukrayna prezidentliyinə namizədliyimi qeydiyyata aldırmaq üçün müraciət edəcəyəm» -deyə,o, vurğulayıb.

 

Sosioloji sorğuların nəticələrinə əsasən, Poroşenko hazırda Ukraynanın ən məşhur siyasətçisi sayılır.

 

Xatırladaq ki, prezident seçkisi  mayın 25-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1404

Oxşar yazılar