Tanınmış hüquq müdafiəçisi Valeriya Novodvorskaya vəfat edib
12 iyul 2014 20:14 (UTC +04:00)

Tanınmış hüquq müdafiəçisi Valeriya Novodvorskaya vəfat edib

0

Rusiyanın tanınmış hüquq müdafiəçisi Valeriya Novodvorskaya Moskvada vəfat edib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, o, toksiki-yoluxma şokundan ölüb.

 

V.Novodvorskaya 1950-ci il mayın 17-də Belarusda anadan olub. O, antisovet çıxışı ilə tanınanlardan idi. 1969-cu ildə V.Novodvorskaya Kremlin qurultaylar sarayında antisovet şeiri yazılmış vərəqələri paylayıb. 1970-ci ildə Dövlət Təhlükəsizlik Komitəsi (“KQB”) tərəfindən həbs edilib. 1972-cm ildə o məcburi psixiatrik müalicə kursu “alıb”.

 

1978, 1985, 1986-cı illərdə V.Novodvorskayanı dissident fəaliyyətinə görə mühakimə ediblər.

 

V.Novodvorskaya keçmiş SSRİ-nin və Rusiyanın tanımış ictimai xadimlərindən idi. O, müstəqil jurnalist fəaliyyəti ilə məşğul idi. Demokratik İttifaq Partiyasının qurucularından olub.

 

O, SSRİ-nin dağılmasını dəstəkləyir, ABŞ-ı “demokratiyanın ürəyi” adlandırırdı.

 

V.Novodvorskaya Çeçenistana Rusiyanın ordu yeritməsinə qarşı çıxış edib. 2008-ci ildə Rusiya Gürcüstanı işğal edən Moskvanın bu addımını pisləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1064

Oxşar yazılar