randa tanınmış azərbaycanlı fəal və jurnalist zəmanətlə azadlığa buraxılıb.
APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Əkbər Azad təxminən 85 günlük həbs həyatından sonra ailəsinin qoyduğu 150 milyon tümən mülk girovu qarşılığında mayın 17-də saat 22:00-da Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, Ə.Azad bu il fevralın 21-də İran təhlükəsizlik qüvvələrinin Tehran yaxınlığında sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Nəsimşəhr rayonunda 21 fevral – Ümumdünya Ana Dili Günü münasibətilə keçirilən mərasimə hücumu zamanı həbs edilib. Azərbaycanlı fəal iki aya yaxın Tehranın Evin həbsxanasının 209-cu korpusunda təkadamlıq kamerada saxlanıldıqdan, fiziki və psixoloji işgəncələrə məruz qaldıqdan sonra bu zindanın 350-ci korpusuna köçürülüb.
Ə.Azad bundan əvvəl də milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və azadlıqdan məhrum olunub.
Tanınmış azərbaycanlı jurnalist azadlığa buraxılıb
2093