APA-nın məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Qarsda Trans-Anadolu təbii qaz boru xəttinin (TANAP) təməlqoyma mərasimində çıxışında deyib.
Dünyada enerji resurslarına tələbatın artdığını söyləyən T. Yıldız bildirib ki,TANAP layihəsi vaxtında icra olunaraq istifadəyə veriləcək və Türkiyə hökuməti bunun üçün bütün addımları atacaq. Nazirin sözlərinə görə, Türkiyə Xəzər bölgəsindən neft və qaz resurslarının Avropaya ixracı ilə bağlı layihələrin həyata keçirilməsində mühüm rol oynamaqda davam edəcək.