Taner Yıldız: ”Qasprom”la  danışıqları davam etdiririk
22 may 2015 07:19 (UTC +04:00)

Taner Yıldız: ”Qasprom”la danışıqları davam etdiririk

Türkiyə  “Türk axını” qaz boru layihəsini öz milli maraqlarına uyğun olaraq inkişaf  etdirəcək. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

 

“Avropa İttifaqının bəzi ölkələrinin bu məsələyə dair öz fikirləri var, lakin Türkiyə “Türk axını” layihəsinin üzərində öz milli maraqlarını düşünərək çalışır. Söhbət bizim maraqlardan gedəndə biz daha diqqətli oluruq, bu səbəbdən də “Türk axını” inkişaf etdiriləcək. Biz bu məsələ  ətrafında ”Qasprom”la  danışıqları davam etdiririk", deyə T.Yıldız bildirib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar