Taliban seçkini pozmaq niyyətindədir
11 mart 2014 07:11 (UTC +04:00)

Taliban seçkini pozmaq niyyətindədir

Bu il aprelin 5-də Əfqanıstanda prezident seçkisinin keçirilməsi nəzərdə tutulub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu  terrorçu təşkilatın təmsilçisi bildirib ki, prezident seçkisinin nəticəsi «ABŞ-ın istəyi ilə» müəyyənləşib.

 

Mənbə xatırladıb ki, Əfqanıstanda  bu siyasi kampaniyanı əngəlləmək üçün «Taliban» artıq bir neçə dəfə hədələyici  bəyanat verib.

 

2009-cu ildə keçirilmiş prezident seçkisində taliban namizədlərə, tanınmış siyasi liderlərə, habelə seçki keçirilən yerə bir neçə basqın etmişdi. Onda 31 mülki vətəndaş, 26 hərbçi və polis həlak olmuşdu.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481
avatar

Oxşar yazılar