Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, partlayış İspaniya səfirliyinin yaxınlığında törədilib.
Hadisə nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Əfqanıstan DİN Kabilin mərkəzində minalanmış avtomobilin partladılmasını təsdiqləyib.