Talabani 1,5 illik müalicədən sonra İraqa qayıdıb
19 iyul 2014 21:48 (UTC +04:00)

Talabani 1,5 illik müalicədən sonra İraqa qayıdıb

0

2012-ci ilin dekabrında Almaniya klinikalarından birinə yerləşdirilmiş İraq prezidenti Cəlal Talabani  ölkəyə dönüb.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, ölkənin şimalındakı Süleymaniyyə şəhərindəki hava limanında onu öz istəyi ilə yalnız qohumları qarşılayıb.

 

Prezident administrasiyasından bildirilib ki, Talabani tam müalicə kursu keçdikdən sonra İraqa dönüb.

 

Xatırladaq ki, 80 yaşlı Cəlal Talabani 2012-ci il dekabrın 20-də “insult” diaqnozu ilə Almaniyadakı xəstəxanalardan birinə yerləşdirilmişdi.

Ötən ilin mayında İraqın Baş Prokurorluğu parlamenti növbədənkənar prezident seçkisi keçirməyə çağırmışdı. Ancaq onda parlamentdəki kürd deputatlar məsələnin qəbul edilməsini əngəlləmişdi. Onda yaxın ətrafı kürd etnik qrupundan olan İraq prezidenti Cəlal Talabaninin tezliklə müalicədən dönəcəyini bildirmişdi.

 

Qeyd edək ki, C.Talabani 2005-ci ildə parlament tərəfindən prezident seçilib. 2010-cu ildə o, yenidən prezident olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 769

Oxşar yazılar