Tailand polisi 220 uyğur türkünü tutub
14 mart 2014 07:11 (UTC +04:00)

Tailand polisi 220 uyğur türkünü tutub

0

Tailand polisi qanunsuz mühacirlər qarşı əməliyyat nəticəsində 220 uyğur türkünü həbs edib.

 

Lent.az-ın Türkiyə «Hürriyət»-inə istinadən məlumatına görə, tutulanların 60 qadın, 82 –si uşaqdır. Dünya Uyğur Konqresi sədri müavini Seyid Tümtükr faktı təsdiqləyərək, deyib: «Ailələri ilə birlikdə Tailanda gələn bu insanlar, başqa bir yerə getmək istəyir».

 

Sədr müavininin sözlərinə görə, onların vətəni tərk etməsinə səbəb Çin hakimiyyətinin davamlı təzyiqləridir: «Ölkədə avtoritar bir zülm hökm sürür. Bu insanlar doğma yurdlarından basqı altında olmayacaqları bir yerdə yaşamaq üçün gedirlər».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 915

Oxşar yazılar