İyulun 19-da Tacikistan hakimiyyəti respublika ərazisində “odnoklassnik.ru” sayıtına girişi bağlayıb.
Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, sosial şəbəkənin bağlanması səbəbi açıqlanmayıb.
İnternet-təchizatçının təmsilçisi bildirib ki, bu, Tacikistan hökuməti yanında rabitə xidmətinin şifahi tapşırığı əsasında edilib.
Mənbənin məlumatına əsasən, “Odnoklassnik”-in respublikada bütün saytlarına, girişi qapadılıb. Hətta mobil operatorlar vasitəsi ilə əlaqə qurmaq mümkün deyil.