Tacikistanda zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Dağlıq Badaxşan muxtar vilayətində, Qaragül gölündən 98 km, paytaxt Düşənbədən isə 346 km aralıda yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək ki, dekabrın 7-də Tacikistanda 6,7 bal gücündə zəlzələ baş verib. Nəticədə 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb. 500-dək yaşayış evi qismən və yaxud tam dağılıb.