Sutka ərzində 10 zəlzələ
15 oktyabr 2015 05:58 (UTC +04:00)

Sutka ərzində 10 zəlzələ

0

Rusiyanın Saxalin vilayətində, Kuril adaları yaxınlığında son sutka ərzində 10 zəlzələ qeydə alınıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların ən güclüsü 5,6 bal gücündə, Severo Kurilsk şəhərindən 200 km cənub-qərbdə, 45 km dərinlikdə qeydə alınıb.

 

Eyni bölgədə bir-birinin ardınca daha 8 zəlzələ olub. Bundan əlavə, İturup adasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

 

Yerli FHN-nin məlumatına əsasən, sunami təhlükəsi yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar