Şuşkeviç: “Rusiyanın Ukraynaya qoşun yeridəcəyini istisna etmirəm”
20 may 2014 05:47 (UTC +04:00)

Şuşkeviç: “Rusiyanın Ukraynaya qoşun yeridəcəyini istisna etmirəm”

Belarusun keçmiş prezidenti Stanislav Şuşkeviç ölkənin hazırkı dövlət başçısı Aleksandr Lukaşenko barəsində ittihamla çıxış edib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o, deyib ki, rəsmi Kiyev Ukraynanın Belarus tərəfdən təhlükəsizliyi ilə bağlı Lukaşenkonun verdiyi vədə nahaq yerə inanır.

 

“Lukaşenko Rusiya prezidenti Vladimir Putinin quludur. Rusiya ordusunu Belarus istiqamətindən Ukraynaya yeritmək istəsə, o, Putinə tabe olacaq. Əgər Rusiya Ukraynaya qarşı açıq silahlı qarşıdurmaya gedərsə, rəsmi Belarus mütləq şəkildə Kremlin tərəfində  duracaq. Çünki Lukaşenko qərarları müstəqil qəbul etmir. Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinovun ona inanmasına təəssüf edirəm. Lukaşenko anadan olandan indiyədək yalan danışır.

 

Ukrayna ilə sərhəddən Putinin qoşunu geri çəkməsi vacib deyil. Rusiya prezidenti istənilən an hər nəsnəyə hazırdır. Onun hərəkətini proqnozlaşdırmaq olmur. Krımın ilhaqı, Ukrayna ilə savaş, təcavüzkarlıqla “rus torpaqlarının cəmlənməsi ” -  Rusiya imperiyası əhalisi arasında reytinq qazanmaq, dəstəklənmək üçün Putinə lazımdır. Onun  başqa üsulu yoxdur. Odur ki, Ukraynanın şərqinə Rusiyanın birbaşa təcavüzünü istisna etmirəm” -deyə, Şuşkeviç  əminliklə bildirib.

 

Onun sözlərinə görə, Putin bu addımını “ukraynalılar əclafdır, onlar rus dilli vətəndaşların mülkiyyətini məhv edir” - deməklə izah edəcək: “Bu əcaib siyasət olsa da, gerçəklikdir”.

 

Xatırladaq ki, Stanislav Şuşkeviç Belarus Ali Sovetinin sədri olub. SSRİ-in dağılması haqda Belovejsk anlaşmasını imzalayanlardan biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889
avatar

Oxşar yazılar