Suriyaya dair növbəti danışıqların yeri və vaxtı açıqlanıb
27 dekabr 2015 03:50 (UTC +04:00)

Suriyaya dair növbəti danışıqların yeri və vaxtı açıqlanıb

BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura Suriya danışıqlarının yanvarın 25-nə planlaşdırıldığını bildirib. Bu barədə APA “Röyters”ə istinadən xəbər verir.    

 

“Ümid edirik ki, müvafiq iştirakçılarının hamısı bu prosesdə iştirak və sıx əməkdaşlıq edəcək”, deyə bəyanatda bildirilir.  

 

Danışıqların Cenevrədə keçiriləcəyi qeyd olunur.

 

Bundan əvvəl ABŞ-da səfərdə olan Suriya Müxalifətinin Milli Koalisiyasının nümayəndəsi Nəcib Qadban Suriya müxalifətinin keçid prosesi zamanı prezident Bəşər Əsədlə danışıqlar aparılmasının vacib hesab etdiyini bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

Oxşar yazılar