Suriyaya dair mühüm qərar
19 dekabr 2015 02:04 (UTC +04:00)

Suriyaya dair mühüm qərar

BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriya münaqişənin sülh yolu ilə nizamlanması üzrə planı təsdiqləyib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qətnaməyə əsasən BMT baş katibi yaxın müddət ərzində münaqişə tərəflərini Cenevrə kommünikesi və beynəlxalq “Suriyaya dəstək qrupu"nun qərarları əsasında danışıqlar masasına dəvət etməlidir.

 

Qətnamədə Suriya hökuməti və müxalifət qüvvələri arasında dialoqun başlanmasından sonra nəzərdə tutulan atəşkəs rejiminin tətbiqi dəstəklənir. Qətnaməyə əsasən, yaxın altı ay ərzində Suriyada keçid hökuməti yaradılmalı, 18 aydan gec olmayaraq yeni Konstitusiyaya uyğun olaraq ölkədə azad və ədalətli seçkilər keçirilməlidir. Sənəddə qeyd olunur ki, seçkilərə diaspora nümayəndələri daxil olmaqla, bütün suriyalılar qatılmalıdır.

 

Qətnamədə Bəşər Əsədin adı hallanmır. Əvəzində sənəddə vurğulanır ki, “Suriya xalqının özü ölkənin gələcəyini  müəyyənləşdirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar