Suriyadakı rejimin xarici işlər naziri Valid Müəllim Beyrutdakı Amerika Universitetinin klinikasına yerləşdirilib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, aprelin 22-də “əl-Ərəbiyyə” telekanalı bu haqda xəbər yayıb.
Xatırladaq ki, bu ilin martında V.Müəllim həmin klinikada ürəyindən cərrahiyyə əməliyyatı olunub.
Suriyadakı rejimin Livandakı səfiri Əli Əbdülkərim onda bildirmişdi ki, cərrahiyyə əməliyyatı çox uğurlu keçib.
73 yaşlı suriyalı diplomat, ölkə baş nazirinin müavini Valid Müəllim bu il yanvarın 24-31 və fevralın 10-16-da Suriyadakı vəziyyətlə bağlı Cenevrədə keçirilən danışıqlarda Dəməşqdəki rejimin nümayəndə heyətinə başçılıq edib.