Suriyanın Xama əyalətində 300 terrorçu məhv edildi
20 avqust 2015 07:51 (UTC +04:00)

Suriyanın Xama əyalətində 300 terrorçu məhv edildi

0

Suriya ordusu Xama əyalətində keçirdiyi irimiqyaslı hərbi əməliyyat zamanı müxtəlif qruplaşmaların üzvü olan 300-dən çox terrorçunu məhv edib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə hərbi mənbə bildirib.

 

“Ordu Xama əyalətinin şimalında döyüşən qruplaşmaların 300-350-dək üzvünü məhv edib. İrimiqyaslı hərbi əməliyyat nəticəsində 16 yaşayış məntəqəsi azad olunub. Əməliyyatın aktiv mərhələsi davam etdirilir, terrorçular geri çəkilir”, deyə mənbə bildirib.  

 

 Xama əyalətində hərbi əməliyyat avqustun 16-da başlayıb. Suriya ordusunun qarşısında qruplaşmaların nəzarətində olan yaşayış məntəqələrinin azad olunması vəzifəsi qoyulub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar