Suriyanı İngiltərə də bombalayacaq
23 noyabr 2015 17:49 (UTC +04:00)

Suriyanı İngiltərə də bombalayacaq

0

İngiltərə də Suriyada hava əməliyyatlarına başlayır. Lent.az Cihan-a istinadən xəbər verir ki, İngiltərənin baş naziri Devik Kemeron Suriyaya hava hücumlarının həyata keçirilməsi ilə bağlı qərar veridiklərini bildirib. Bu gün Fransada bu ölkənin prezidenti Fransua Ollandla görüşən Kemeron mətbuat konfransında açıqlayıb ki, ABŞ-ın Suriyada başlatdığı və Fransanın da qoşulduğu anti-terror əməliyyatlarına dəstək verməklə bağlı razılıq əldə edilib: “Fransa prezidenti Fransua Ollandın İŞİD-ə qarşı Suriyada həyata keçirilən hava zərbələrini dəstəkləyirik. Bu məsələdə mənim qəti mövqeyim ondan ibarətdir ki, İngiltərə də bu əməliyyatlara qoşulmalıdır”.

Həftə ərzində İngiltərə parlamentində məsələ ilə bağlı geniş təqdimat edəcəyini əlavə edən Kemeron Avropa ölkələrinin kəşfiyyat orqanlarının İŞİD və terrorçuluq məsələsində əməkdaşlığı gücləndirməli olduğunu da deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar