Suriyalılar İtaliyada saxta pasportlarla yaxalandı
28 noyabr 2015 02:27 (UTC +04:00)

Suriyalılar İtaliyada saxta pasportlarla yaxalandı

0

İtaliyada 3 Suriya vətəndaşı saxta Rumıniya pasportu ilə saxlanılıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, suriyalılar Ankodan Milana gedən qatara minərkən yaxalanıblar.

 

Sənədlərdəki uyğunsuzluq polis əməkdaşlarının gözündən qaçmayıb, suriyalılar dərhal həbs olunublar. Onlar İtaliyadan deportasiya ediləcəklər.

 

Qeyd edək ki, bundan əvvəl Kosta-Rikada suriyalı qadın saxta Yunanıstan pasportu ilə saxlanılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar