Suriya Silahlı Qüvvələri ilk dəfə olaraq ABŞ-a məxsus pilotsuz təyyarəni vurub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Röyters Suriyanın dövlət KİV-ləri məlumat yayıb.
“Suriya havadan müdafiə qüvvələri Şimali Latakiya əyalətində Amerikaya məxsus müşahidə təyyarəsini vurublar”, deyə SANA agentliyi bildirir.
Hadisənin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Suriya ötən ilin dekabrında İsrailə məxsus Skylark 1 vurduğunu bəyan etmişdi.