Suriyadan sonra Şimali Koreya da Rusiyanı dəstəkləyib
15 mart 2014 05:12 (UTC +04:00)

Suriyadan sonra Şimali Koreya da Rusiyanı dəstəkləyib

«Ukraynadakı həyəcanlı olayların günahkarı ABŞ-dır». Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, Koreya Xalq Demokratik Respublikasının Moskvadakı səfiri Kim En Dce bu bəyanatla çıxış edib.

 

Səfir bəyanatında ABŞ və qərb dövlətlərinin ünvanına ənənəvi sərt ittihamlar söyləyib.

 

Mənbə xatırladıb ki, səfirin bu bəyanatı ilə Şimali Koreya faktiki olaraq, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyib.

 

Xatırladaq ki, bir müddət öncə Suriyadakı rejimin başçısı Bəşar Əsəd də Rusiyanı dəstəkləyən bəyanatla çıxış etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar