Suriyadan İordaniyaya 1,5 milyon adam qaçıb
12 noyabr 2015 01:44 (UTC +04:00)

Suriyadan İordaniyaya 1,5 milyon adam qaçıb

0

Bu günədək İordaniya 1 milyon 400 min suriyalı qaçqını qəbul edib.

 

APA-nın məlumatına görə, bunu İordaniya kralı II Abdulla “Euronews” telekanalına müsahibəsində bəyan edib.

 

“Biz qaçqınların sayına görə, demək olar ki, maksimal həddə çatmışıq. İordaniya təqribən 1 milyon 400 min qaçqın qəbul edib. Bu isə əhalimizin 20%-ə bərabərdir. Çətin ki bu işi davam etdirə bilək”, deyə kral bildirib.

 

Onun sözlərinə görə, qaçqınların yalnız 10%-i xüsusi düşərgələrdə məskunlaşıb. Digərlərinin isə ölkənin müxtəlif bölgələrinə pənah gətirməsi infrastruktur və səhiyyə sisteminə təsir edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar