Suriyada rusiyalı hərbi müşavir öldürüldü
04 fevral 2016 02:57 (UTC +04:00)

Suriyada rusiyalı hərbi müşavir öldürüldü

0

Suriyada minaatanlardan açılan atəş nəticəsində Rusiya hərbi müşavir həlak olub.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, insident fevralın 1-də qeydə alınıb.

 

Rusiya Müdafiə nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildiriblər ki, fevralın 1-də İŞİD silahlıları Suriya ordusuna məxsus hərbi bazanı atəşə tutub.

 

“Həlak olan hərbi müşavir mövcud dövlətlərarası hərbi-texniki əməkdaşlıq müqavilələri çərçivəsində Suriya ordusuna hərbi yardım göstərilməsi üzrə vəzifələri yerinə yetirib”, məlumatda deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar