Suriyada prezidentliyə namizədlərin irəli sürülməsi mərhələsi başa çatıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, namizədliyin irəli sürülməsinin sonucu günü daha 7 iddiaçı ərizə verib. Bununla da prezidentliyə namizədlərin sayı 24 nəfər olub.
Xatırladaq ki, Suriyadakı rejim iyunun 3-də prezident seçkisi keçirməyi planlaşdırıb. Rejimin indiki başçısı Bəşar Əsədin də namizədliyi 7-ci dəfə irəli sürülüb.