Suriyada prezident seçkiləri keçirildi
04 iyun 2014 13:44 (UTC +04:00)

Suriyada prezident seçkiləri keçirildi

Suriyada keçirilən prezident seçkilərindən sonra səslərin hesablanmasına başlanılıb. APA TV-nin xəbərinə görə, seçkilərdə 3 namizəd iştirak edib. Hazırkı prezident Bəşər Əsəd, Hələbdən olan solçu deputat, 45 yaşlı Mahir Abdul və sabiq nazir, iş adamı, 54 yaşlı Həsən ən-Nuri mübarizə aparıblar.

Suriya qanunlarına əsasən, prezident seçkilərində qalib gəlmək üçün namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamalıdır. Əks halda, daha çox səs toplayan iki namizəd ikinci turda görüşəcək.

Qeyd edək ki, 2014-cü ilin martında Suriya parlamenti ölkə tarixində ilk dəfə olaraq, bir neçə nəfərin prezident seçkilərində iştirak etməsinə imkan verən qanun layihəsini təsdiqləyib.

Müşahidəçilərin böyük qisminin qənaətinə görə, hazırkı prezident favoriti  Bəşər Əsəddir.  

Euronews-un  məlumatına görə, seçkilərdə aktivlik müşahidə olunub. Ordunun nəzarətində olan ərazilərdə 9600 səsvermə məntəqəsində 117 min 76 seçki qutusu qoyulub. 22 milyonluq Suriya əhalisinin 16 milyon seçicisi var.

Səsvermənin nəticələri sabah elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046

Oxşar yazılar

Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45
İstanbulda  QƏZA:  50-yə yaxın yaralı var

İstanbulda QƏZA: 50-yə yaxın yaralı var

11 may 2025 , 00:24
Pakistan və Hindistan atəşkəsə   razı oldu

Pakistan və Hindistan atəşkəsə razı oldu

10 may 2025 , 16:27
Hərbi Dəniz Qüvvələrinin rəisi arvadına görə İSTEFA VERDİ

Hərbi Dəniz Qüvvələrinin rəisi arvadına görə İSTEFA VERDİ

10 may 2025 , 15:06