Suriyada məktəb və xəstəxanalar atəşə tutuldu: 50 ölü
16 fevral 2016 00:31 (UTC +04:00)

Suriyada məktəb və xəstəxanalar atəşə tutuldu: 50 ölü

0

Suriyada iki məktəb və beş xəstəxanaya endirilən hava zərbələri nəticəsində 50-yə yaxın dinc sakin həlak olub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin nümayəndəsi Fərhan Haq bəyan edib.

 

Ölənlər arasında uşaqların da olduğu qeyd olunur. “Pan Qi Mun Suriyada tibb müəssisələri və məktəblərin atəşə tutulmasını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib”, deyə F.Haq bildirib.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi, öz növbəsində, hücumların Bəşər Əsəd rejimi və onun tərəfdaşları tərəfindən həyata keçirildiyini bildirib,  bu hərəkətlərin Münhen razılaşmalarına zidd olduğunu vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar