“Əl Qaidə terror təşkilatı ilə əlaqəli qruplaşmaların əlahiddə dəstəsi Suriyanın İdlib əyalətində böyük hərbi bazanı ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya insan hüquqları müdafiəsi mərkəzinin açıqlamasında bildirilir.
Məlumata görə, ordu qüvvələri heç bir müqavimət göstərmədən İdlibdəki Əl-Mastum hərbi bazasından geri çəkilib.
“Röyters”in məlumatına görə, ordu qüvvələri Əl-Mastum hərbi bazasından başqa Erihu şəhərindən də geri çəkiliblər.