Suriyada törədilən iki terror aktı nəticəsində 30 nəfər ölüb
Suriyanın Xaseke şəhərində dalbadal iki partlayış baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sky News Arabia telekanalı xəbər verib.
Partlayış nəticəsundə 30 nəfər ölüb, onlarla adam xəsarət alıb.
Telekanalın yaydığı məlumata əsasən, şəhərin girişində yerləşən nəzarət-keçid məntəqəsi yaxınlığında iki terrorçu-kamikadze minalanmış avtomobilləri partladıb. Həlak olanların əksəriyyəti kürd özünümüdafiə qüvvələrinin nümayəndələri olub.