Suriyada həlledici döyüşlər başladı:<span style="color:red;"> İŞİD irəliləyir
03 oktyabr 2014 16:10 (UTC +04:00)

Suriyada həlledici döyüşlər başladı: İŞİD irəliləyir

0

İŞİD Suriyanın Kobani şəhəri üzərinə hücum keçib. Lent.az-ın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, İŞİD-in iki həftədən çoxdur mühasirədə saxladığı Kobanidə şəhər mərkəzi bombalanıb. Şəhərin şərq girişində də şiddətli döyüşlərin getdiyi bildirilir.

 

İŞİD Kobani şəhərinin mərkəzinə 7 kilometr məsafədə yerləşən Tel Əl Müntəzə yüksəkliyini və YPG-nin (Suriyalı kürdlərin Suriyadan ayrılmasını tələb edən Demokratik Birlik Partiyasının silahlı qolu-red) müdafiə istehkamını ələ keçirib.

 

İŞİD Kobanidə PKK-nın Suriya qolu PYD-nin hərbi qanadı, YPG üzvləri və könüllü sürətdə silaha sarılan kürdlərlə vuruşur.

 

Kobanidə əhalinin böyük əksəriyyətini kürdlər təşkil edir. Şəhəri tərk edən 150 mindən çox kürd Türkiyə ərazisinə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2062

Oxşar yazılar