Suriya ordusuna məxsus hərbi təyyarələrin Dəməşq yaxınlığına endirdiyi hava zərbələri nəticəsində 53 dinc sakin ölüb, yaralananlar var.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, əraziyə ciddi ziyan dəyib, bir çox binalar dağılıb.
Hücumun cümə namazından əvvəl həyata keçirildiyi, ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
Homs vilayətində isə Rusiya hərbi təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində 4-ü uşaq və 4-ü qadın olmaqla 11 nəfər ölüb.