Suriyada hökumət qüvvələrinin üsyançıların nəzarəti altında olan şəhərlərə hava zərbələri endirməsi nəticəsində 44 nəfər ölüb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, təkcə Deraa əyalətində 16 dinc sakin, Dəməşq yaxınlığındakı Duma şəhərində isə azı 10 nəfər həlak olub.
Daha 15 nəfər ölkənin şimal-qərbindəki Xan-Şeyxun yaşayış məntəqəsində hava zərbələrinin qurbanı olub. Onlarla mülki şəxsin yaralandığı bildirilir.